
Spaletti ilə yeni müqavilə imzalana bilər – Bir şərtlə
“Yuventus”da baş məşqçi Luçano Spalettinin gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığın davam etdirilməsi məsələsini müzakirə etmək üçün yaz aylarında görüş keçirməyi planlaşdırır.
“Yuventus” cari A Seriyasında mövsümü ilk dördlükdə başa vurarsa, 66 yaşlı mütəxəssislə yeni müqavilə imzalanacaq. Əks halda, yəni, növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsələr, klub rəhbərliyi Spaletti ilə yolları ayıra bilər. Bu zaman rəhbərlik üç-dörd mümkün namizədin üzərində dayanacaq.
Spaletti ötən il oktyabrın sonunda Turin komandasının “sükanı arxasına” keçib. Onun komandası hazırda İtaliya çempionatında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



