Spaletti qoluna belə tatu etdirdi – FOTO

“Napoli”nin baş məşqçisi Luçano Spalletti neapolluların bu mövsüm İtaliya çempionatında qazandıqları qələbənin şərəfinə xüsusi döymə etdirib.

Komanda.az xəbər verir ki, tatu elə tərzdə edilib ki, italiyalı baş məşqçinin “cırılmış dəri”sindən “Napoli”nin loqosu və üzərində 3 rəqəmi əks olunan İtaliya bayrağı görünür.

Spaletti karyerasında ilk dəfə İtaliya çempionluğunu qazanıb. “Napoli” 33 il idi ki, A Seriyasını qazana bilmirdi.

Xarici mətbuatda yayılan xəbərlərə görə, Spalletti klubun sahibi Aurelio De Laurentislə münaqişəyə görə mövsümün sonunda “Napoli”ni tərk edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button