“İtaliya çempionatı həmişə yaxşı olub” – Totti

“Roma”nın sabiq kapitanı Françesko Totti İtaliya A Seriyası ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, “Napoli”ni bu mövsümün sürpriz komandası hesab edir:

“İtaliya çempionatı həmişə yaxşı olub. Bu il “Napoli” sürpriz edir. Mövsümün sonuna qədər belə oynasalar, rəqiblərə heç bir şans qalmayacaq. “İnter”, “Yuventus”, “Milan” kimi klublar isə heç vaxt erkən təslim olmur”.

Hazırda İtaliya A Seriyası komandaları DÇ-2022 ilə bağlı fasilədədir. İtaliya millisi isə mundialda iştirak etmir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button