Sloveniya millisinin üzvü Super Liqa klubunda

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Sloveniya yığmasının yarımmüdafiəçisi Amedey Vetrihi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb.

Vetrihin son klubu Sloveniyanın yüksək liqa təmsilçisi “Domjale” olub. O, 2015-ci ildən sözügedən klubun uğurları üçün çalışırdı. Yarımmüdafiəçi 2017-ci ildən dəvət aldığı Sloveniya millisində 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button