
“Slot üçün azarkeşlərin dəstəyini geri qaytarmaq çətin olacaq”
“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager, komandanın baş məşqçisi Arne Slota qarşı artan azarkeş narazılığına diqqət çəkib.
Komanda.az “Monday Night Football”-a istinadən xəbər verir ki, o, “Liverpul”un cari mövsümdəki oyunlarının ciddi narahatlıq yaratdığını və bunun ən çox baş məşqçini təsirləndirdiyini bildirib:
“Azarkeşlərin dəstəyi ilə bağlı böyük fərqlər var. Matçlara gedən izləyicilər Slotu dəstəkləməyə davam etsələr də, sosial şəbəkədə vəziyyət fərqlidir.
“Liverpul” azarkeşləri üçün bir ildən az müddət əvvəl titul qazanan bir məşqçidən üz döndmək çətindir, amma mənə elə gəldi ki, “Tottenhem”lə oyunda (1:1) azarkeşlərin komandaya və baş məşqçiyə münasibətində böyük bir dəyişiklik oldu. Sonda qəzəbli və narazı azarkeşlər komandanı fitə basdılar”.
Karragerin fikrincə, niderlandlı çalışdırıcı üçün azarkeşlərin rəğbətini geri qaytarmaq çox çətin olacaq:
“Bir dəfə azarkeş dəstəyini itirdikdə, onu geri qazanmaq həqiqətən çətin olur”.
Bizi Facebook-da izləyin



