
Slot: “Əsl İsakı gələn mövsüm izləyəcəyik”
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Aleksander İsakın hazırkı forması barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, İsakın hələ ən yaxşı vəziyyətində olmadığını bildirib:
“Təəssüf ki, həm onun, həm də bizim üçün İsakı hələ ən yaxşı formasında görməmişik. Əsl İsakı gələn mövsüm izləyəcəyik. Qayıdışı üçün konkret vaxt demək istəmirəm, amma hər şey plan üzrə getsə, o, bu mövsüm də meydanlara qayıdacaq”.
Mersisaydlılar ötən yay isveçli hücumçunu “Nyukasl”dan 145 milyon avro qarşılığında transfer edib. Bu keçid həm klub, həm də İngiltərə Premyer Liqası tarixinin rekordlarından biri hesab olunur.
26 yaşlı forvard “Liverpul”un heyətində indiyədək bütün turnirlərdə 16 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



