Skaloni Argentina millisini tərk etməyəcək

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın hücumçusu Lionel Messiyə komandada qalmaq qərarına gəldiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunun Braziliya millisi ilə oyunundan (1:0) sonra Skaloni postunu tərk edə biləcəyini bildirmişdi.

45 yaşlı mütəxəssis 2018-ci ilin avqustundan Argentina yığmasına rəhbərlik edir. Onun rəhbərliyi altında milli 2021-ci ildə Amerika kubokunu, 2022-də Finalissima kubokunu və dünya kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button