“Sivasspor”un prezidenti “Qarabağ”a təşəkkür etdi

Türkiyənin “Sivasspor” klubunun prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Bizim üçün çox stressli oyun idi. Çünki koronavirusa yoluxan futbolçu sayı komandamızda çoxdur. İtkilərin çoxluğu bizi qorxudurdu. Birinci hissə qorxmaqda haqlı olduğumuzu göstərdi. Ancaq ikinci hissədə lazımi taktiki dəyişikliklər sayəsində oyundan qopmadıq. İllərin təcrübəsi Konenin qolu ilə də qələbə qazandıq. “Qarabağ”dan 3 xal alıb, qrupdan çıxmaq şansını davam etdirmək önəmli idi. Bunu da bacardığımız üçün sevincliyik”.

Otyakmaz qrupdan çıxmaq şanslarının heç də az olmadığını düşünür: “Qrupda daha iki vacib görüşümüz var. “Vilyarreal” bu gün “Makkabi” ilə heç-heçə etdi. Niyə biz də onlarla bərabərə qalmayaq? “Makkabi” üzərində qələbə ilə də qrupdan çıxmaq istəyirik. Türk millətinin dəstəyini arxamızda hiss edirik. Bu dəstəklə hədəfimizə çatacağımıza inanırıq”.

Klub rəhbəri sonda “Qarabağ”a təşəkkürünü çatdırıb: “Oyunun İstanbulda keçirilməsinə baxmayaraq, qonaqpərvərliyə görə “Qarabağ”a təşəkkür edirəm. Hər iki tərəf iki dövlət, bir millət deyimini boşa çıxarmadı. Azərbaycan klubuna təşəkkürümü bildirirəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button