David Silva tezliklə karyerasını bitirə bilər

“Real Sosyedad”ın yarımmüdafiəçisi David Silva tezliklə karyerasını bitirə bilər.

Komanda.az “El Larguero”-ya istinadən xəbər verir ki, buna səbəb Silvanın ön çarpaz bağından zədə alması olub. La Liqa klubu 37 yaşlı futbolçunun bərpa prosesini izləyəcək.

İspaniyalı futbolçu 2020-ci ilin avqustunda “Mançester Siti”dən ayrılıb və “Real Sosyedad”a keçib. Başa çatan mövsümdə o, bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb, üç qol vurub və yeddi məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button