Şevçenko “Milan” tarixinin ən yaxşı hücumçusunun adını açıqlayıb

Ukrayna millisinin və “Milan”ın sabiq forvardı Andrey Şevçenko komandanın tarixinin ən yaxşı hücumçusunun adını açıqlayıb.

Komanda.az “Milan Press”-ə istinadən xəbər verir ki, o, Filippo İnzaqini ən yaxşı forvard adlandırıb:

“Bu, şübhəsiz ki, Filippo İnzaqidir. Sonra Hernan Krespo və Corc Vea arasında seçim olacaq. Mən? Mən prezident olacam”.

Şevçenko Kiyev “Dinamo”sunun məzunudur. O, ən yaxşı illərini Ukrayna klubunda və “Milan”da keçirib. Həmçinin onun karyerasında “Çelsi”də keçən uğursuz bir müddət olub.

Şevçenko milli komandanın heyətində 111 oyun keçirib və 48 qol vurub. O, futbolçu karyerasını 2012-ci ildə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button