
Polşalı futbolçu “Barselona”dakı vəziyyətindən razıdır
Polşalı qapıçı Voyçex Şesnı “Barselona” rəhbərliyindən tam razıdır. Ancaq onun komandadakı gələcəyi əsasən Mark-Andre ter Ştegenlə bağlı veriləcək qərardan asılıdır. Almaniyalı qapıçı qış transfer dönəmində icarə əsasında “Jirona”ya yollanıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, əsasən ehtiyatda qalan Şesnı hazırkı vəziyyətdən məmnundur və klub istədiyi müddətdə komandada qalmağı düşünür.
Futbolçu 2024-cü ilin oktyabrında “Barselona”ya qoşulub. O, bu mövsüm bütün turnirlərdə 10 oyuna çıxıb və 17 qol buraxıb.
35 yaşlı qapıçının Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



