Mane: “Seneqal xalqı çıxışınızla fəxr edir!”

Seneqal yığmasının hücumçusu Sadio Mane sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, “Bayern”in üzvü paylaşımında bunları yazıb:

“Seneqal xalqı sizin dünya çempionatındakı çıxışınızla fəxr edir! Milli komandamızın rənglərini ləyaqətlə təmsil etməklə bütün seneqallıların ürəyini fəth etdiz”.

Seneqal millisi A qrupunda 6 xal toplayaraq, qrup ikincisi kimi DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanıb. Onlar qrupda Qətəri (3:1) və Ekvadoru (2:1) məğlub etsələr də, Niderlandla matçda uduzublar (0:2).

Afrika təmsilçisi 1/8 final mərhələsində İngiltərə millisinə məğlub olaraq, DÇ-2022-də mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button