
Qanalı hücumçu “Arsenal”ı seçib
“Bornmut”un hücumçusu Antuan Semenyo karyerasını hansı klubda davam etdirəcəyinə qərar verib.
Komanda.az “SunSport”-a istinadən xəbər verir ki, qanalı futbolçu üçün “Arsenal”a keçid perspektivi daha cəlbedicidir.
Buna görə də, Semenyo “Tottenhem” variantından uzaqlaşıb. Onun “Bornmut”la müqaviləsində 74 milyon avro dəyərində çıxış maddəsi mövcuddur.
25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



