“Sanki sıfırdan başlayırıq” – Sulşer

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer komandanın hazırlığı ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, yeni mövsümə hazır olduqlarını bildirib:

“Futbolçularıma inanıram. Mövsümöncəsi hazırlıq dövründə yaxşı oynadıq və yaxşı nəticələr göstərdik. Bu mərhələdə necə futbol göstərmək istədiyimizi müəyyənləşdirmək və komandada əlaqələri qurmaq daha vacibdir.

Sanki sıfırdan başlayırıq, komandanın əsasını indi qoyuruq. Həm psixoloji, həm də fiziki cəhətdən yeni mövsümə hazırlaşırıq. Mövsümöncəsi hazırlıq bizə komandanı yenidən qurmaq baxımından çox kömək etdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button