Samir Abasov: “Onların gedişi bizə pis təsir etdi”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Bu gün bizim üçün önəmli gün idi və qələbə qazanmaq istəyirdik. Yubileydə bu hesabla qalib gəlmək xoşdur. Futbolçularım bəzi məqamları çıxmaq şərtilə hər şeyi düz etdi. Rəqib də yaxşı mübarizə apardı. Seriyamızı davam etdirmək istəyirik. Qarşıda fasilə var. Bu müddətdə zədəlilərimiz də sıraya qayıdacaq. Fasilənin bizə müsbət və ya mənfi təsiri ola bilər. Bunu oyunlar başlayanda biləcəyik. Milli komandalara çox oyunmçumuz gedir. Onların necə qayıdacağı da vacibdir.

Çempionatın əvvəlində nələr çəkdiyimizi heç kim bilmir. Çox problem yaşadıq. Bəzi əsas futbolçuların gedişi bizə pis təsir etdi. Yavaş-yavaş ayağa qalxmağa çalışırıq. Məni rotasiyalara görə qınayırlar. Amma limitə düşən uşaqlarımız oturuşmuş komandann üzvləri deyillər. Məcbur olub 2-3 dəyişikliyə əl atırıq. Bu gənclər müəyyən müddətdən sonra komandanın əsas üzvü olacaqlar. Çox istərdim, çempionat yenidən başlasın. Sabir Buqrin, Mamadu Kane kimi futbolçuların gedişi bizə çətinlik yaratdı. Əminəm ki, bir yerə gəlib çıxacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button