Samir Abasov: “Azarkeşlərlə olan söhbəti öz aramızda həll edəcəyik”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən “Zirə” ilə oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Avrokuboklara vəsiqə qazandılar. Futbolçuları bu cür oyunlara kökləmək, hazırlamaq çətindir. İki tur əvvəl gümüş medalı təmin etdik. Bu cür oyun gözləyirdik. Futbolçuları təbrik edirəm. Meydanda canlarını qoydular. Matç ilk dəqiqələrdən gərgin keçdi. Oyunçular mübarizə apardılar. Paltardəyişmə otağında da əsəbi idilər”.

Azarkeşlərlə məlum qalmaqala toxunan Abasov bunları qeyd edib: “Fikirləşirəm ki, azarkeşlərlə olan söhbəti öz aramızda həll edəcəyik. Bu, bizim daxili söhbətdir, özümüz həll edəcəyik . Azarkeşin istəyi normaldır. İstefa da istəyə bilərlər, sağ ol da deyə bilərlər”.

Baş məşqçi klubla yeni müqavilə barədə danışıqlardan da söz açıb: “Klub rəhbərliyi ilə yox, Zaur Əzizovla danışırıq. Müqavilə ilə bağlı gələn oyundan sonra qərar veriləcək. Müşahidə Şurası qərar verəcək, gedəcəm, ya yox. Bu barədə qərarı onlar çıxaracaqlar”.

Mehri Qurban