“Şamaxı” portuqaliyalı futbolçu ilə gücləndi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Komanda.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi sol cinah müdafiəçisi Joao Oliveyranı (Jota) heyətinə qatıb. 26 yaşlı futbolçu ilə iki (1+1) illik müqavilə imzalanıb.

Jotanın son klubu Portuqaliyanın “Sao Joao de Ver” klubu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button