Salahdan “Liverpul”la yeni müqavilə

İngiltərənin “Liverpul” klubu futbolçusu Məhəmməd Salahın müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı hücumçunun yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, Salah 2017-ci ildən “Liverpul”da çıxış edir.