Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Adana Dəmirspor” – “Kayserispor” matçı qolsuz bitib. Meydan sahiblərinin heyətində Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb. “Beşiktaş” – “Samsunspor” matçında da qalib müəyyənləşməyib. 

“Kasımpaşa” evdə “Konyaspor”a uduzubsa, “Ankaragücü” “Qaziantep”i məğlub yola salıb.

Türkiyə Super Liqası
32-ci tur
12 aprel

Trabzonspor – Sivasspor 0:1
Qol: Meniq, 52.

13 aprel

Kasımpaşa – Konyaspor 0:2
Qollar: Ndao, 21. Gilyerme, 90+8-pen.

Ankaragücü – Qaziantep 3:1
Qollar: E.Bekiroğlu, 31; 68. Sou, 65 – Yevtoviç, 7.

Adana Dəmirspor – Kayserispor 0:0

Beşiktaş – Samsunspor 1:1
Qollar: S.Kılıçsoy, 18 – E.Kılınc, 68.

14 aprel

14:30. Pendikspor – Başakşəhər
17:00. Hatayspor- İstanbulspor
17:00. Rizəspor – Antalyaspor
20:00. Fatih Karagümrük – Fənərbaxça

15 aprel

21:00. Alanyaspor – Qalatasaray

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button