Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı start götürüb

Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına start verilib.

Komanda.az xəbər verir ki, yarış Bakı Şahmat Klubunda təşkil olunub.

Mübarizəyə ilk olaraq kişi şahmatçılar başlayıblar. Onlar bu gün və sabah rapid, noyabrın 26-da isə blits üzrə mükafatçıları müəyyənləşdirəcəklər. Noyabrın 27-29-u aralığında isə qadın şahmatçılar ən gedalçıların adına aydınlıq gətirəcəklər.

Azərbaycan çempionatı dekabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyır. Reqlamentə əsasən, ilk üç yeri tutacaq şahmatçılar ölkəmizi mundiallarda təmsil etmək hüququ qazanacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button