“Şahdağ” Region Liqasından kənarlaşdırıldı

“Şahdağ” futbol komandası Region Liqasından kənarlaşdırılıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, buna Quba təmsilçisinin çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlməməsi səbəb olub.

“Şahdağ” Region Liqası oyunlarının 50 faizini keçirdiyi üçün qalan matçlarda komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button