Məhkəmə PSJ-nin sabiq futbolçusuna vaxt qoydu

Nigeriya millisinin və PSJ-nin sabiq futbolçusu Cey-Cey Okoça haqqında saxlanılma əmri verilib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Okoçanın vergi borclarını ödəmədiyi və məhkəmələrdə iştirak etmədiyinə görə saxlanılması haqda qərar verilib.

Məhkəmə, Okoçaya aprelin 19-na qədər vaxt verib. Keçmiş futbolçunun yenə məkhəmədə iştirak etməyəcəyi halda, daha ağır cəzaların veriləcəyi bildirilir.

Karyerası ərzində “Ayntraxt” (Frankfurt), “Fənərbaxça”, PSJ, “Bolton” kimi klublarda forma geyinən Okoça, 75 dəfə də Nigeriya millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button