
Sabiq futbolçu “Qarabağ”ın rəqibinin nədən əziyyət çəkdiyini açıqladı
“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill hesab edir ki, “Liverpul”un oyunçuları İngiltərə Premyer Liqasının cari mövsümündə mental çətinliklərlə üzləşiblər.
Mersisayd komandası hazırda 35 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, “Liverpul”un oyunçularının rahatladıqlarını bildirib:
“Onlar zirvəyə çatdılar. Çempion oldular. Və sonra… “Biz bunu etdik!” “Liverpul”un oyunçuları rahatladılar. Belə oldu. Oyunçuların mentalitetindən şübhələnmək olarmı? Yoxsa problem başqa bir yerdədir? Düşünürəm ki, indi oyunçuların özləri də özlərinə bu sualı verirlər”.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



