“Sabah”ın təklifini bəyənməyən PSJ-nin yetirməsini “Neftçi” istəyir

“Neftçi” və “Sabah” Rusiyanın “Soçi” komandasının müdafiəçisi Mussa Sissako ilə maraqlanırlar.

Komanda.az “Legalbet”ə istinadən xəbər verir ki, paytaxt təmsilçiləri 23 yaşlı dayaq yarımmüdafiəçiyə təklif göndəriblər.

İddiaya görə, “Sabah” Mali millisinin üzvü ilə anlaşa bilməyib. Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlməyiblər. İllik 400 min avro məvacib tələb edən Sissako 200 min avroluq təklifi qəbul etməyib.

“Neftçi” tərəfi isə gənc oyunçuya 250 min avro maaş verməyə hazır olduğunu bildirib. “Ağ-qaralar” futbolçunu sonradan birdəfəlik almaq şərtilə icarəyə götürmək istəyir.

Fransanın PSJ klubunun yetirməsi olan Sissako “Soçi”dən əvvəl Belçika “Standard”ında da çıxış edib. Rusiya təmsilçisinin heyətində 15 oyuna 1 qol vuran futbolçunun klubla 2025-ci ilin yayınadək müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button