“Sabah”ın sabiq futbolçusu “Jirona”ya keçə bilər

“Sabah”ın sabiq futbolçusu Aleksey Kaşuk İspaniya klubuna keçə bilər.

Komanda.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi La Liqanın bir neçə klubunun maraq dairəsinə düşüb.

23 yaşlı oyunçu uğrunda mübarizədə “Jirona” favorit göstərilir. Hazırda ölkə çempionatında “Real”dan sonra ikinci pillədə qərarlaşan “ağ-qırmızılar” 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasında çıxış etməyə yaxındırlar.

Ukraynalı futbolçulara rəğbəti ilə seçilən baş məşqçi Miçel vinger mövqeyini məhz Kaşukla gücləndirmək arzusundadır. Oyunçunun “Şaxtyor”la müqavilə müddətinin mövsümün sonuna qədər olması jironalıları daha da həvəsləndirir.

Kaşuk 2022/2023 mövsümündə icarə əsasında “Sabah”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button