“Düşündüm ki, niyə də bu ölkədə çıxış etməyim” – “Sabah”ın yeni transferi

“Sabah”ın futbolçusu Hendrik Eksteyn klubun saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilk olaraq “Sabah”a keçidindən danışıb. O, Bakı təmsilçisindən təklif gəldiyi zaman “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu ilə məsləhətləşdiyini deyib:

“Sabah” barədə əvvəlcə heç nə bilmirdim. Sonra vaxtilə Azərbaycanda oynamış həmyerlim Dino Ndlovu ilə məsləhətləşmək qərarına gəldim. O, mənə getməyi məsləhət gördü. Dinonun bu məsləhətini ciddi qəbul etdim və düşündüm ki, niyə də bu ölkədə çıxış etməyim. Daha sonra “Sabah”ın təklifinə “hə” dedim. Bura gəldikdən sonra isə yanılmadığımı gördüm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button