
“Sabah”ın 20-ci böyükhesablı qələbəsi
“Sabah” Azərbaycan yüksək dəstəsində 20-ci böyükhesablı qələbəsini qazanıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqasının 17-ci turuna təsadüf edib. “Bayquşlar” “Karvan-Yevlax”ı 4:1 hesabı ilə üstələyib.
Bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsidir. Paytaxt təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib.
“Sabah” 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır. Onlar bu göstəricidə “ANS-Pivani”yə çatıb.
“Sabah” ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. “Səbail”lə ev matçında 3 cavabsız qol vurulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



