“Sabah”dan ayrılan Nuriyev “Zirə”də

“Sabah” yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Oyunçu paytaxtın digər klubu “Zirə” ilə anlaşıb. O, yeni klubu ilə cari mövsümün sonuna kimi olan müqavilə imzalayıb.

Nuriyev 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, “bayquşlar”ın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçini, Azərbaycan kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button