“Sabah”da 2 yeni futbolçu – Rəsmi

“Sabah” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi gənc oyunçular – Anar Panayev və Abbas Ağazadəni transfer edib. Hər iki futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Ağazadə “Qəbələ” futbol akademiyasının yetirməsidir. 1999-cu il təvəllüdlü futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.

Anar Panayev də yarımmüdafiəçidir. “Anji” futbol akademiyasının yetirməsi olan azərbaycanlı futbolçu 2000-ci il təvəllüddür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button