“Sabah”dan bol qollu heç-heçə

Antalyada təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində bu gün son yoxlama oyununu İsveçrənin “Syon” klubunun U-21 komandasına qarşı keçirib.

Komanda.az xəbər verir ki, “İC Santai” otelinin meydançasında keçirilən oyun kifayət qədər məhsuldar alınıb. “Sabah” bu görüşdən əzmkar heç-heçə ilə ayrılıb.

“Sabah” Antalya toplanışı çərçivəsində daha öncə keçirdiyi oyunlarda Türkiyənin “Eskişehirspor” klubunu məğlub edib (1:0), Qazaxıstan “Tobol”uyla heç-heçə edib (2:2), Macarıstan təmsilçisi “MTK Budapeşt”dən isə üstün olub (3:1).

Yoxlama oyunu

22 yanvar

Sabah – Sion U-21 (İsveçrə) 4:4

Qol:Marko Deviç, 14-pen. Elşən Abdullayev, 38. Təmkin Xəlilzadə, 64. Filip İvanoviç, 90.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button