“Sabah” “Qəbələ”nin daha iki üzvünü transfer etdi – rəsmi

“Sabah” klubu iki yeni transfer həyata keçirib.

Komanda.az xəbər verir ki, “Qəbələ”nin gənc futbolçuları İdris İnqilablı və Samir Məhərrəmli ilə müqavilə bağlanıb. Bu barədə “Sabah”ın rəsmi saytı məlumat yayıb.

2001-ci il təvəllüdlü İdrislə 4, 2002-ci il təvəllüdlü Samirlə isə 3 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən hər iki futbolçu “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Müqavilələr 2019/20-ci il mövsümünün ardından qüvvəyə minəcək.

“Sabah” bundan əvvəl Amin Seydiyevi də transfer etmişdi. Seydiyev də yeni mövsümdə “Sabah”a qoşulacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button