“Sabah” futbolçusunu icarəyə verə bilər

“Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev klubunu dəyişə bilər.

Komanda.az-ın əldə etdiyi məlumata görə, Masazır təmsilçisi 29 yaşlı futbolçusunu qışda icarəyə verməyi düşünür. O, komandanın əsas üzvlərindən biri deyil və az şans qazanır.

Quliyev 2023-cü ildən “Sabah”da çıxış edir.

“Sabah” Azərbaycan Premyer Liqasında keçirdiyi 13 oyundan sonra 28 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button