“Sabah” müqaviləsi bitən 6 futbolçu ilə anlaşdı – rəsmi

“Sabah” klubunda müqaviləsi bitən futbolçuların taleyi məlum olub.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a verdiyi açıqlamada, müqavilə müddəti bitən 6 futbolçuyla anlaşdıqlarını bildirib. Klub rəsmisinin sözlərinə görə, müqaviləsi bitən qapıçı Saşa Stamenkoviç, müdafiəçilər Kərim Diniyev, Məqsəd İsayev, yarımmüdafiəçi Vadim Abdullayev və hücumçular Ramil Şeydayevlə Xulio Sezar Rodriqez mövsümün sonunadək komandada qalacaq.

Koronavirusa görə dayandırılan Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunacağı açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button