Ruslan Abışovun son durumu bilindi – Kubemba nə vaxt qayıdacaq?

“Sabah” klubunda Premyer Liqanın 9-cu turunun “Zirə” ilə oyununda zədələnən Ruslan Abışovun durumuna aydınlıq gəlib.

2:2 hesabıyla bitən görüşün 32-ci dəqiqəsində Kərim Diniyevlə əvəzlənən 32 yaşlı müdafiəçinin əzələsi dartılıb. Bu barədə Komanda.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Ruslan zədə səbəbindən Premyer Liqada qarşıdakı iki turu buraxacaq. Kapitan “Sabah”ın “Qəbələ” və “Sumqayıt”la oyunlarında iştirak etməyəcək.

Yenicə komanda ilə məşqlərə başlayan Kevin Kubemba isə qış fasiləsindən sonra tam hazır olacaq. Konqo əsilli fransalı hücumçu bu yay “Səbail”dən “Sabah”a keçib. Ancaq mövsümün əvvəlində – Türkiyədəki yay toplanışında ciddi zədələnən forvard, bu mövsüm heç bir rəsmi oyunda iştirak etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button