“Sabah” Çempionlar Liqasındakı son oyununda qələbə qazandı

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi 7-8-ci yerlər uğrunda Türkiyənin “Tofaş” komandası ilə üz-üzə gəlib. Qarşılaşma 86:60 hesabı ilə bitib.

U-18 daha əvvəl 5-8-ci yerlər uğrunda görüşdə Serbiyanın “Borats” klubuna uduzub – 60:67.

Qrup mərhələsində Almaniyanın “Porşe BBA Lyudviqsburq” komandasına qalib gələn (72:61) “Sabah” ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya (58:88) məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button