“Sərhədçi” və “Abşeron Lions” qələbə qazandı

Azərbaycan Basketbol Liqasında 11-ci turun daha iki oyunu keçirilib.

Komanda.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində “Sərhədçi” “Quba” ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 97:78 hesablı qələbəsi ilə bitib.

Bakı İdman Sarayında isə “Şəki”ni qəbul edən “Abşeron Lions” rəqibini 107:82 hesabı ilə üstələyib.

11-ci turun NTD – “Gəncə” və “Sabah” – “Neftçi” oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında “Ordu” “Naxçıvan”ı (86:64), “Sumqayıt” “Lənkəran”ı (99:95) məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button