“Səbail”in son sınaq matçının başlama saatı açıqlandı

İyunun 18-dən etibarən Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün dördüncü yoxlama oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi sonuncu sınaq matçında Makedoniyanın “Makedoniya GP” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 19:30) başlayacaq.

Xatırladaq ki, “Səbail” toplanış çərçivəsində ilk iki yoxlama oyununu Bolqarıstan klublarına qarşı keçirib. “Lokomotiv” (Plovdiv) komandasına 0:1 hesabı ilə məğlub olan bakılılar “Beroe” ilə görüşdə darmadağınla üzləşib – 0:4. Rumıniyanın “Klinçeni” klubu ilə görüş isə heç-heçə yekunlaşıb – 0:0.

İyulun 2-də toplanışı başa vuracq Aftandil Hacıyevin çalışdırdığı kollektiv Bakıya qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button