“Səbail” yeni transferinin müqavilə detallarını açıqlayıb

“Səbail” yeni transferi Madi Queta ilə 1,5 illik müqavilə bağlayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ilin ilk transferi olan 25 yaşlı vinger 2024/2025 mövsümünün sonuna qədər Bakı klubuna məxsus olacaq. Qvineya-Bissau yığmasının üzvü yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Queta son olaraq Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış edib. Həmin ölkənin “Portu” klubunun yetirməsi olan futbolçu Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qoruyib. Queta 2022-ci ildən Qvineya-Bissau yığmasına çağırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button