“Səbail”də argentinalı hücumçu

“Səbail” heyətini yeni hücumçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi İmanol İriberrini transfer edib. Bu barədə klubun “facebook” hesabı məlumat yayıb.

Argentinalı forvard azad agent kimi “Səbail”ə keçib.

32 yaşlı hücumçunun son iş yeri Venesuelanın “Deportivo” klubu olub.