“Səbail” cərimə edildi – stadiona gec gəlməyə görə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda ölkə kubokunun oyunları ilə bağlı qərarlar qəbul edilib:

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Səbail” oyununda “Səbail”in heyəti stadiona gec gəldiyinə görə klub 800 manat cərimə olunur;

1/4 final mərhələsinin “Keşlə” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button