Rüştü Reçber də koronavirusa yoluxdu

Futbol üzrə Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı veteran futbolçunun xanımı İşıl Reçber sosial şəbəkə hesabında paylaşıb.

O, Rüştünün koronavirusa yoluxması səbəbiylə xəstəxanaya yerləşdirildiyini bildirib:

“Mənim, oğlum və qızımın test nəticəsi neqativ çıxıb. Buna görə də biz evdə, Rüştü isə xəstəxanadadı. Görüşə də icazə verilmir. Ən çətini də onun yanında ola bilməməkdi.

Türkiyə millisində 120-dən çox oyun keçirmiş Rüştü, karyerası ərzində “Antalyaspor”, “Fənərbaxça”, “Beşiktaş” kimi klubların şərəfini qoruyub. 46 yaşlı sabiq qolkiper bir müddət İspaniya nəhəngi “Barselona”da da forma geyinib.