Rusiya klubundan La Liqaya

Rusiyanın “Krasnodar” klubunun futbolçusu Toni Vilhena karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi mövsümün sonuna qədər “Espanyol”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kataloniya təmsilçisi yayda Vilhenanın transfer hüquqlarına sahib ola bilər.

Toni Vilhena 2019-cu ilin yayından “Krasnodar”da çıxış edirdi. O, Rusiya təmsilçisi ilə ümumilikdə 79 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

27 yaşlı yarımmüdafiəçi Niderland yığmasına da dəvət alır.