Kubokun final matçının vaxtı və yeri bilindi

Futbol üzrə Rusiya kubokunun keçiriləcəyi vaxt və yer məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Kubokun final görüşü mayın 22-də, “Samara Arena”da keçiriləcək.

“Samara Arena” Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də formasını geyindiyi “Krılya Sovetov” klubuna məxsusdur. Samara təmsilçisi ölkə kubokunda mübarizəni 1/8 finalda dayandırıb.

Rusiya kubokunda hazırda yarımfinal mərhələsinin oyunları keçirilir. Turnirdə “Ural”, “Arsenal” (Tula), “Lokomotiv” və “Rostov” klubları mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button