Rusiya – Azərbaycan matçının hakimləri bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirəcək oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Komanda.az xəbər verir ki, sentyabrın 17-də Moskvada keçiriləcək Rusiya – Azərbaycan qarşılaşmasını Latviyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Viola Raudzinaya yan xətt hakimləri Liqa Didrike və Diana Vanaqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yelena Yermolayeva yerinə yetirəcək.

Sentyabrın 17-də, Moskvada keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.