Runi: “Mançester Yunayted”in yenidən qurulması lazımdır”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “qırmızı şeytanlar”ın hazırkı durumu haqda danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Runi, “Mançester Yunayted”də heyətin yenidən qurulmalı olduğunu deyib:

“Düşünürəm ki, onlar fürsət olsa, mövsümü indi başa vurub Çempionlar Liqasını unutmaq istərdilər. Məncə, “Mançester Yunayted” gələn il Çempionlar Liqasında iştirak edə bilməyəcək. Düşünürəm ki, komandanın yenidən qurulması lazımdır. Klubda hər şey yenidən qurulmalıdır ki, onlar 2-3 ildən sonra yenidən Premyer Liqada qələbə uğrunda mübarizə apara bilsinlər”.

Runi hazırda İngiltərə Çempionşipində mübarizə aparan “Derbi Kaunti”nin baş məşqçisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button