Rumıniya millisinin qapıçısı “Atletiko”da – Rəsmi

“Atletiko” klubu Rumıniya millisinin qapıçısı Horatsiu Moldovanı transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

26 yaşlı qolkiperlə 3,5 illik müqavilə imzalanıb.

Moldovan daha əvvəl “Rapid”də çıxış edib. O, Rumıniya klubunun heyətində keçirdiyi 113 oyunda 125 qol buraxıb və 42 dəfə qapısını toxunulmaz saxlayıb.

Moldovan Rumıniya millisində 8 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button