Ronaldo britaniyalı jurnalistə nə deyib?

Britaniyalı jurnalist Pirs Morqan sosial şəbəkə hesabında Portuqaliya yığmasının DÇ-2022-nin 1/8 final mərhələsində İsveçrə üzərində qazandığı qələbəni (6:1) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kriştiano Ronaldo ilə bağlı da fikirlərini bildirib:

“Portuqaliya möhtəşəm oynadı! Ronaldo mənə dünya çempionatını qazana biləcəklərini düşündüyünü deyib. Onlar bunu bacara bilərlər”.

Kriştianonun əvəzinə oyuna start heyətində başlayan 21 yaşlı Qonsalo Ramos mundialda ilk het-trik müəllifi kimi tarixə düşüb.

Portuqaliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeşlə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button