Ronaldo keçmiş komanda yoldaşını yanına aparır

“Real”ın sabiq müdafiəçisi Marselo karyerasını “Əl Nəsr”də davam etdirə bilər.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, tərəflər hələlik yalnız ilkin danışıqlar aparıb. Marseloya dəvətin təşəbbüskarlarından biri də “Real”dakı keçmiş komanda yoldaşı Kriştiano Ronaldodur. Ronaldo hazırda “Əl Nəsr”də forma geyinir.

Fevral ayında 34 yaşlı Marselo Yunanıstanın “Olimpiakos” klubu ilə müqaviləsinə xitam verib. O, Yunanıstan çempionatında 10 oyun keçirib və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button