Ronaldo daha bir ilkə imza atdı

Futbol üzrə Portuqaliya yığmasının və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldo daha bir rekorda imza atıb.

Komanda.az xəbər verir ki, o, “Forbes” dərgisinin araşdırmasına əsasən milyarder adını qazanan ilk futbolçu olub.

Ötən il 105 milyon avro gəliri olan Ronaldonun karyerası ərzindəki qazancı milyardı keçib. “Yuventus”da illik 30 milyon avro maaş alan 35 yaşlı hücumçu qazancının böyük bir qismini futboldan əldə edib.

Onun bu günə qədər imzaladığı müqavilərlə əldə etdiyi məbləğin 650 milyon avro olduğu açıqlanıb. 2022-ci ildə “Yuventus”la sözləşməsi bitəndə oyunçunun futboldan qazancının 765 milyon olacağı bildirilir.

Ronaldonun digər gəlirlərinin reklam və biznes sahəsindən olduğu vurğulanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button