Daha bir türk futbolçu Fransa klubuna keçir

“Roma”nın və Türkiyə milli komandasının futbolçusu Cengiz Ündər karyerasını Fransada davam etdirəcək.

Komanda.az xəbər verir ki, “Marsel” 23 yaşlı yarımmüdafiəçinin keçidini artıq tamamlamaq üzrədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Fransa klubu Cengiz üçün “Roma”ya 12 milyon avro ödəyəcək və futbolçu ilə 4 illik müqavilə imzalayacaq. “Marsel” türk yarımmüdafiəçinin növbəti satışından “Roma”ya pay verəcək.

Cengiz ötən mövsümü icarə əsasında “Lester”də keçirib.

Fransada – “Lill” klubunda Burak Yılmaz, Zeki Çelik, Yusuf Yazıcı kimi türk futbolçular çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button